18 C
Baku
Thursday, October 23, 2025

Rusiya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Rusiya nümayəndə heyəti tezliklə MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər edəcək.

Bunu Şərq İqtisadi Forumunda çıxış edən Rusiyanın idman naziri Mixail Deqtyarev deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti MDB Oyunlarının keçiriləcəyi Azərbaycana səfər etməyə hazırlaşır: “Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm”.

Qeyd edək ki, üçüncü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində keçiriləcək və iştirakçılar idmanın 23 növü üzrə mübarizə aparacaqlar.

Son xəbərlər
Digər xəbərlər