10 C
Baku
Thursday, December 12, 2024

Rusiya OPEC-ə üzv olan və olmayan ölkələrin iclasını keçirəcək

Rusiyanın Enerji nazirinin bu gün öz çıxışında qeyd etdiyinə əsasən, ölkə şənbə günü Vyanada neft hasil edən əsas neft ölkələri – OPEC təşkilatına üzv olan və olmayan dövlətlər arasında iclas təşkil edəcək.

Nazirliyin mətbuat xidmətinin KİV-ə verdiyi məlumata görə, Rusiyanın Enerji naziri Aleksandr Novakın da iştirak edəcəyi görüş 10 dekabrda Vyana şəhərində baş tutacaq.

Buna da bax: Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün çalışmalara başlayıb

Qeyd edək ki, 30 noyabr tarixində OPEC təşkilatına üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə etdi və Rusiya, təşkilata üzv olmayan bir ölkə kimi onun da neft hasilatını azalda biləcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər