Rusiya “OPEC+” iclasında hasilatı azaltmağı təklif edə bilər

Rusiya, çox güman ki, “OPEC+”un (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) oktyabrda keçiriləcək növbəti iclasında gündəlik neft hasilatını təxminən 1 mln. barel azaltmağı təklif edəcək.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, “OPEC+”un novbəti görüşü oktyabrın 5-də keçiriləcək. Neftin qiymətinin aşağı düşməsi və bazarlarda aylarla davam edən volatilliy (qiymət dəyişkənliyi – red.) fonunda “OPEC+”un digər aparıcı istehsalçısı Səudiyyə Ərəbistanı, “OPEC+”un hasilatı azalda biləcəyini söyləməyə vadar edib.

“Reuters“in mənbələri bildirib ki, gələn həftə keçiriləcək görüş qabağı nazirlər arasında müzakirələr hələ başlamayıb.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər