-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya OPEC razılaşmasından çıxır?

Səudiyyə Ərəbistanı Rusiyanı inandırmağa çalışır ki, neft təchizatını məhdudlaşdırmaqla bağlı razılaşmadan çıxmasın. Amma Moskva bu razılaşmanın yalnız üç aylıq uzadılmasına qol qoya bilər. Bunu məsələdən xəbərdar üç mənbəyə istinadla bildirir.

Rusiyanın Enerji naziri Aleksander Novak ayın əvvəlində Bakıda görüş zamanı səudiyyəli həmkarı Xalid əl-Falihə deyib ki, təchizatın bu ilin sonunadək azaldılmasına təminat verə bilməz. “Novak Falihə bildirib ki, iyunda razılaşmaya qoşula bilər, amma bunu yalnız sentyabrın sonunadək edə bilər, məhdudiyyəti dayandırmaqdan ötrü ona daxildən böyük təzyiq var”, – Rusiyanın neft siyasətinə bələd mənbə deyib.

OPEC, Rusiya və OPEC-ə üzv olmayan neft hasilatçıları (OPEC+ alyansı) dekabrda belə bir razılığa gəliblər ki, yanvarın 1-dən altı ay müddətinə gündəlik hasilatı 1,2 milyon barrel azaltsınlar. “İyunda görüşərək daha üç aylığa uzada bilərik və sonra yenidən uzatmağa ehtiyac olub-olmadığına baxacağıq”, – OPEC-dəki mənbə söyləyib.

 

OPEC+ alyansı 2017-ci ildə yaradılıb. Üzv ölkələr hasilatı ciddi şəkildə azaltmağa başlayınca neftin barrelinin qiyməti 60 dolları keçib. Amma Rusiya sözügedən razılaşmadan çıxarsa, neftin qiyməti düşə bilər. Rusiya çıxarsa, Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri hasilatın azaldılmasını davam etdirməyi nəzərdən keçirməli olacaqlar, OPEC-dəki mənbə deyib.

Amma mənbələr onu da əlavə edirlər ki, Rusiyanın sərt mövqeyinin danışıq taktikası, yoxsa razılaşmadan çıxmaq üçün real təhdid olub-olmadığı bilinmir. Çünki Novak getdikcə Rusiya neft şirkətlərinin artan təzyiqilə üzləşir, onlar daha hasilatı məhdudlaşdırmaq istəmirlər. 

©strateq.az

Son xəbərlər
Digər xəbərlər