19 C
Baku
Cümə axşamı, May 26, 2022

Rusiya ordusu bir gecədə Ukraynada 5 qırıcı itirib

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnika kalonunu, yanacaq olan bir kolonu, hava hücumundan müdafiə sistemini, bir helikopterini məhv edib, qanadlı raketi vurub.

Bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunur ki, Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində xeyli itki verib.

Bildirilib ki, Vasilkov və Brovarı şəhərinə hücum edən iki rus təyyarəsi ukraynalı pilotlar tərəfindın vurulub. Daha üç qırıcı isə S-300 zenit-raket bölmələri tərəfindən məhv edilib. Kiyev yaxınlığında “Buk M-1” zenit-raket kompleksi qanadlı raketi və helikopteri vurub.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər