17 C
Baku
Bazar, May 29, 2022

Rusiya Ordusu Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib

Rusiya Silahlı Qüvvələri “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərindən istifadə edərək, Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib.

Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bazar günü, aprelin 10-da “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərlə Dnepr şəhərinin cənub kənarında yerləşən anqarda gizlədilən, Avropa ölkələrindən birinin Kiyev rejiminə verdiyi S-300 zenit-raket diviziyası məhv edilib”, – Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, nəticədə dörd S-300 buraxılış qurğusu və Ukrayna silahlı qüvvələrinin 25-ə qədər şəxsi heyəti məhv edilib.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər