34 C
Baku
Friday, July 12, 2024

Rusiya ordusunun itkilərinin sayı 200 minə yaxınlaşıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 980 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 048 avtomobil və tanker, 410 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər