Rusiyanın “Qazprom” şirkəti Almaniyanın “Shell Energy Europe Limited” və Danimarkanın “Orsted” şirkətlərinə qaz tədarükünü dayandırıb, Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
2021-ci ildə “Qazprom Export” “Orsted”ə 1,97 milyard kubmetr qaz göndərib ki, bu da Danimarkada ümumi istehlakın təxminən 2/3 hissəsidir. “Shell Energy Europe” ilə müqavilə Almaniyaya ildə 1,2 milyard kubmetrə qədər tədarükü nəzərdə tutur.