Rusiya 2022-ci ildə 383.7 milyard dollar dəyərində neft və qaz ixrac edib.
Bu barədə məlumatlar Rosstat və gömrük orqanlarının dərc olunmuş hesabatlarında qeyd olunub.
Rusiyanın 2022-ci ildə bütün postsovet tarixində rekord həcmdə neft və qaz ixrac etdiyi məlum olub. Əvvəlki illə (2021-ci il) müqayisədə artım 43% təşkil edib.