7 C
Baku
Wednesday, November 30, 2022

Rusiya öz bankomatlarını istehsal edəcək

Ukraynaya müharibə elan etdikdən sonra ağır sanksiyalara məruz qalan Rusiya xüsusilə bank sistemində yeni çıxış yolları axtarır. ABŞ-ın “Mastercard” və “Visa” ödəniş sistemlərinə alternativ olaraq “Mir” kartını buraxan Rusiya bundan sonra öz bankomatını istehsal edəcək. Banker.az xəbər verir ki, Rusiya Banklar Assosiasiyasının prezidenti Aleksey Voylukov Qərbin sanksiyalarından sonra bir çox xarici bankomat istehsalçısının ölkəyə cihaz və ehtiyat hissələrinin tədarükünü dayandırdığını, yerli bankomat istehsalçılarının isə bu ilin sonunda ATM istehsalına başlayacaqlarını bildirib.

Yerli bankomat avadanlıqlarının xarici analoqları ilə dəyişdirilməsinin 2023-cü ildən əvvəl baş verməyəcəyini vurğulayan Voylukov “Rusiyanın bankomat istehsalçısı bu ilin dekabr ayının sonunda cihazlarının ilk versiyasını kütləvi istehsala buraxacaq. Əgər Rusiya Mərkəzi Bankından təsdiq alarsa, o, kredit təşkilatları üçün təklif olunan avadanlıqların siyahısına daxil ediləcək” – deyə bildirib.

Rusiya Banklar Assosiasiyasının sədri Rusiya istehsalçılarının Mərkəzi Bank tərəfindən yenilənmiş kağız əskinasları qəbul etmək üçün qurğulari inkişaf etdirməli olacağını bildirib. O, qeyd edib ki, yeni dövriyyəyə buraxılan 100 rublluq əskinasların satışa çıxarılmasından sonra bu məsələnin xüsusilə aktuallaşıb.

Son xəbərlər
Digər xəbərlər
X