Banker.az xəbər verir ki, Rusiya bankının nağd pul dövriyyəsi departamentinin direktoru Aleksandr Yurov bildirib ki, tezliklə rubl banknotlarını qlobal modernləşmə gözləyir.
O qeyd edib ki, bu prosesə artıq başlanılıb və 200 və 2000 rubl nominalında banknotların buraılması buna əyani sübutdur.
“Tətbiq olunan təhlükəsizlik xüsusiyyətlərindən asılı olaraq, banknotun vizual görünüşündə heç bir dəyişiklik edilməyə də bilər, yaxud bu dəyişiklik qismən və yaxud tam da ola bilər” – deyə Yurov vurğulayıb.
Bununla belə, o qeyd edib ki, banknotun istisna olaraq xarici görünüşünün dəyişdirilməsi üçün vətəndaşlardan banknotlar yığılmayacaq.