-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya Pakistana nefti endirimli qiymətə sata bilər

Rusiyanın Kəraçidəki (Pakistan) baş konsulu Andrey Fedorov bildirib ki, Rusiya hakimiyyətdən rəsmi müraciət alacağı təqdirdə Pakistana nefti endirimlə satmağa hazırdır. O əlavə edib ki, neftin endirimli qiymətlərlə alınması fevralın 24-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Pakistanın keçmiş baş naziri İmram Xan arasında danışıqlar zamanı müzakirə olunub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Andrey Fedorov həmçinin əlavə edib ki, “xarici təzyiqlərə” baxmayaraq, Moskva ilə İslamabad arasında münasibətlər çox yaxşı səviyyədədir.

İndi Rusiyanın “Urals” neftinin bir barelinin qiyməti 99.23 dollar təşkil edir. “Brent”in qiyməti 122.38 dollar olaraq qalır.

Avropada Rusiya neftinə qoyulan embarqonun müzakirəsi fonunda Kreml Aİ-nin məhdudiyyətləri olacağı təqdirdə Rusiya neftinin Asiya və Afrikaya yönləndiriləcəyini bəyan edib. “Bloomberg” bildirib ki, məhdudiyyətlər fonunda Asiya ölkələri ilk dəfə Rusiya neftinin alışında Avropanı keçib.

Son xəbərlər
Digər xəbərlər