12 C
Baku
Wednesday, December 11, 2024

Rusiya patron və gilizlərin ixracına ilin sonuna qədər qadağa qoyub

Rusiya Nazirlər Kabineti ölkədən patron və gilizlərin ixracına bu ilin sonuna qədər qadağa qoyub.

Bu barədə hökumətin saytında məlumat dərc edilib.

Qeyd olunub ki, Rusiya Baş naziri Mixail Mişustin mülki və xidməti silahlar üçün patronların, habelə müəyyən çaplı odlu silahlar üçün patronların gilizlərinin ölkədən çıxarılmasına müvəqqəti qadağanın tətbiqini təsdiqləyib.

İmzalanan qərara əsasən, qadağa bu il 31 dekabradək qüvvədə olacaq və dövlətin maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər