“Qazprom” Bolqarıstanın “Bulqarqaz” və Polşanın “PGNiG” şirkətinə yanacağın rublla ödənilməsindən imtina etdikləri üçün qaz nəqlini tamamilə dayandırdığını açıqlayıb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd olunur ki, aprelin 26-sında iş gününün sonuna olan məlumata görə, yeni sistem üzrə ödənişlər daxil olmayıb.
“Qazprom” xatırladıb ki, Bolqarıstan və Polşa tranzit ölkələrdir. Aprelin 1-indən Rusiya dollar və avrodan uzaqlaşmaq üçün dost olmayan ölkələrlə qaz ödənişlərini yeni üsulla qəbul etməyə başlayıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin göstəriş verib.