9 C
Baku
Thursday, December 12, 2024

Rusiya Polşaya raket düşməsi xəbərini təxribat adlandırıb

Polşa mətbuatının və rəsmilərinin Pşevoduv yaşayış məntəqəsi ərazisinə Rusiya raketlərinin guya düşməsi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiyanın məhvetmə vasitələri ilə Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.

“Polşa mediasının Pşevoduv kəndindəki hadisə yerindən qaynar təqiblə dərc etdiyi fraqmentlərin Rusiyanın silahları ilə heç bir əlaqəsi yoxdur”, deyə Rusiya MN-nin bəyanatında vurğulanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər