15 C
Baku
Friday, April 26, 2024

Rusiya Prezidentinin yaxın günlərdə Türkiyəyə səfəri gözlənilmir

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər dəvətindən yararlanacaq, lakin yaxın gələcək üçün belə planlar yoxdur.

Banker.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Vladimir Putinin həqiqətən də Türkiyəyə səfər etmək üçün dəvəti var və o, bu dəvətdən mütləq istifadə edəcəyini deyib. Belə bir səfərin tarixi razılaşdırılacaq, lakin yaxın gələcək üçün heç bir razılaşma yoxdur”, – Kremlin sözçüsü Rusiya prezidentinin Türkiyədə görüşə dəvət alıb-almaması ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, Türkiyənin KİV-ləri Putinin yaxın günlərdə Türkiyəyə səfərinin gözlənildiyi ilə bağlı məlumat yayıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər