18 C
Baku
Sunday, September 8, 2024

Rusiya Prezidentinin keçmiş xüsusi nümayəndəsi məhkəməyə çağırılıb

Rusiya Prezidentinin keçmiş xüsusi nümayəndəsi və “Rosnano”nun sabiq başçısı Anatoli Çubays aprelin 7-də Moskvanın Xamovniçeski məhkəməsinə çağırılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə adı Çubaysla eyni cinayət işində hallanan Vyaçeslav Makarovun vəkii məlumat verib.

Bildirilib ki, dövlət başçısının keçmiş nümayəndəsi oğurluq və dələduzluqla bağlı cinayət işində zərərçəkən qismində məhkəməyə dəvət edilib.

Məlumata görə, bu cinayət işi 2016-cı ildə Çubaysın ərizəsi üzrə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Baş İdarəsi tərəfindən başlanıb.

Bu cinayət işində daha 4 nəfərin də adı hallanır: “Rosnano” şirkəti İdarə Heyətinin keçmiş sədri İlya Suçkov, Xalq Azadlıq Partiyası siyasi bürosunun keçmiş üzvü Musa Sadayev, habelə gözətçilər Anton Polyakov və Aleksey Ulyaxin.

Qeyd edək ki, bu il martın ortalarında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz olaraq Anatoli Çubays Prezidentin xüsusi nümayəndəsi vəzifəsini, “Rosnano”u tərk edərək Rusiyadan getdiyinə dair xəbərlər yayılıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çubaysın öz istyi ilə işdən azad olunduğunu təsdiqləyib.

Anatoli Çubays 1955-ci il iyunun 16-da anadan olub. Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin ən yaxın adamlarından sayılıb. 1990-cı illərdə Rusiyada özəlləşdirmə prosesinə başçılıq edib. 2008-ci ildən “Rosnano” şirkətinin baş direktorudur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər