6 C
Baku
Sunday, December 15, 2024

Rusiya Prezidentinin xüsusi nümayəndəsi: Xəzərin dayazlaşması ilə bağlı konkret qərarlar hazırlanma mərhələsindədir

Xəzər dənizinin dayazlaşması ilə bağlı konkret qərarlar hələlik hazırlanma mərhələsindədir.

Bunu Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Rusiyanın Azərbaycandakı səfirliyində jurnalistlərə açıqlamasında bildirib.

Bu məsələnin həm yüksək səviyyədə, həm də nazirliklər səviyyəsində həyata keçirilən bütün görüşlərin gündəliyində olduğunu diqqətə çatdıran B.Titov deyib: “Düşünürəm ki, bununla bağlı düzgün qərar veriləcək. Əlbəttə ki, bu gün mürəkkəb ekoloji proseslər baş verir. Bəzilərinin dövri xarakterə malik olduğunu bilirik. Əlbəttə ki, bu həm Volqa çayına, həm də Xəzər dənizinə aiddir, ona görə də biz bunu rəhbərliyimizin öhdəsinə buraxacağıq”.

Son xəbərlər
Digər xəbərlər