Rusiya Federasiyasında Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.
Bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.
Onun sözlərinə görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına bu ilin ikinci yarısında başlanacaq. Ümumilikdə, layihənin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Mənbə, həmçinin 2025-ci ildə işçi layihə sənədlərinin veriləcəyini və cihazların istehsalına hazırlıq işlərinə başlanılacağını qeyd edib.