9 C
Baku
Sunday, November 17, 2024

“Rusiya Qərbin Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyəti gərginləşdirəcəyini demişdi” – Zaxarova

Rusiya Qərb strukturlarının Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyəti gərginləşdirəcəyini demişdi.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü Qərbin aprelin 11-də şərti Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsində rolu barədə suala cavabında qeyd edib ki, rəsmi Moskva əvvəlcədən vəziyyətin bu həddə gəlib çıxacağını analiz edib.

“Biz əvvəllər də demişdik ki, regiona başqa oyunçuların, başqa strukturların gəlməsinin, hansılar ki, heç vaxt bu köhnəlmiş münaqişənin nizamlanması ilə məşğul olmayıblar, heç bir əlavə dəyəri, səmərəliliyi olmayacaq. Əksinə, bu vəziyyəti gərginləşməyə, destabilləşməyə gətirib çıxaracaq. Bu, bizim təxminimiz deyildi, təhlilimiz idi”, deyə Zaxarova vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər