19 C
Baku
Saturday, May 25, 2024

Rusiya qadın məhkumları müharibəyə göndərir

Rusiya məhkum qadınları Ukraynada hərbi əməliyyatlara cəlb etməyə çalışır.

Bu barədə Ukrayna Baş Qərargahının gündəlik məlumatında bildirilib.

Qeyd olunub ki, ruslar bir həftə ərzində Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Snijne şəhərinin qadın islah koloniyasından təxminən 50 nəfəri öz sıralarına cəlb ediblər.

Onların Rusiya Federasiyası ərazisinə təlim keçmək üçün göndərildiyi məlum olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər