12 C
Baku
Sunday, November 17, 2024

Rusiya-Qazaxıstan-Özbəkistan qaz nəqli sistemlərinin imkanlarını müzakirə ediblər

Qazaxıstan, Rusiya və Özbəkistan qaz nəqli sistemlərinin texniki imkanlarını müzakirə edirlər, lakin qaz ittifaqının yaradılmasından söhbət getmir.

Bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib.

“Əslində qaz ittifaqının yaradılması məsələsi müzakirə olunmayıb. Bütün müzakirələr ikitərəfli əməkdaşlıq formatında olub, Qazaxıstan-Rusiya Federasiyası, Qazaxıstan-Özbəkistan arasında. Üçtərəfli formatda müzakirə olunmayıb. Biz sistemlərimizin texniki imkanlarını müzakirə edirik”, – nazir qeyd edib.

Nazir əlavə edib ki, qaz sahəsində əməkdaşlıq məsələləri hər üç tərəfin koordinasiyasını tələb edir: “Bunlar işlək məsələlərdir, ona görə, hər hansı ittifaqın yaradılması haqqında heç bir söhbət olmayıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər