Rusiya Qazaxıstanın Kokşetau, Semey, Ust-Kamenoqorskda İES-lər inşa edəcək.
Qazaxıstan hökuməti üç şəhərdə kömürlə işləyən istilik elektrik stansiyalarının (İES) tikintisi ilə bağlı qərar layihəsi hazırlayıb.
Onların tikintisi rusiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Bağlanan müqaviləyə əsasən, tərəflər arasında tikinti, o cümlədən avadanlıqların layihələndirilməsi, istehsalı, təchizatı və bütün tələb olunan sistemlərə, binalara və tikililərə malik yeni elektrik stansiyalarının istismara verilməsi nəzərdə tutulur.