12 C
Baku
Saturday, November 23, 2024

Rusiya qazı ilə bağlı yekun qərar verildi

Avstriya Rusiya ilə təbii qaz tədarükünə dair müqavilələri qüvvədə saxlayacaq.

Bu barədə Avstriyanın OMV neft-qaz şirkətinin rəhbəri Alfred Ştern bildirib.

Onun sözlərinə görə, Avstriyanın mavi yanacağa tələbatının 80 faizi Rusiyadan alınır və ötən il mövcud müqavilələrin müddəti 2040-cı ilə kimi uzadılıb. Qeyd edilib ki, yarım əsrlik əməkdaşlıq nəticəsində Avstriya üçün dünya bazarlarında ən sərfəli qiymətə alınan təbii qazdan imtina bir gün içərisində mümkün ssenari deyil.

OMV rəhbəri vurğulayıb ki, şirkət Rusiyadakı investisiyaları dayandırmaq qərarına gəlsə də, təbii qaz tədarükünə dair mövcud müqavilələrin ləğvi nəzərdən keçirilmir.

 

 

Son xəbərlər
Digər xəbərlər