17 C
Baku
Friday, October 18, 2024

Rusiya qazının Finlandiyaya ixracı dayandırılır

Rusiya qazının Finlandiyaya ixracı mayın 21-dən etibarən dayandırılacaq.

Banker.az xəbər verir ki, bu barədə Finlandiyanın enerji təminatçısı olan “Gasum” şirkəti məlumat yayıb.

“Çox təəssüf ki, bizim tədarük müqaviləmiz çərçivəsində təbii qazın tədarükü artıq dayandırılacaq. Bununla belə, biz bu vəziyyətə diqqətlə hazırlaşmışıq və qaz nəqli şəbəkəsində heç bir nasazlığın olmamasını şərtləndirmişik”, – “Gasum”un yaydığı məlumatda bildirilib.

Alternativ təchizat şəbəkələrinin qurulduğu qeyd olunub.

Bildirilib ki, Rusiyadan qaz axını mayın 21-i səhər saat 07:00-da dayanacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər