Rusiya qazı oktyabrın 1-dən Özbəkistana nəql olunacaq.
Bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tranzitinə oktyabrın 1-də başlanması planlaşdırılır.
Qeyd edək ki Rusiya və Qazaxıstan bu ilin iyun ayında Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda tranzitlə bağlı razılığa gəliblər. 2022-ci ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Özbəkistan və Qazaxıstanla qaz ittifaqı yaratmağı təklif edib.