Rusiya Xarici İşlər Nazirliyi Qırğızıstan və Tacikistan arasındakı münaqişə ilə bağlı bəyanat yayıb.
Bu barədə məlumat Rusiya KİV-də dərc olunub.
Qeyd edilib ki, münaqişəyə səbəb sərhədin bir sıra hissələrinin delimitasiyası və demarkasiyasının tamamlanmamasıdır.
“Biz tərəfləri vəziyyəti sabit şəkildə siyasi, diplomatik yolla təcili və hərtərəfli tədbirlər görməyə, istənilən gərginlik yaratmaq cəhdlərini, habelə üçüncü tərəflərin təxribatlarını dayandırmağa çağırırıq. Biz tərəflərə məqbul olan istənilən yardımı göstərməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. Biz sabitliyin tezliklə bərpası üçün Qırğızıstan və Tacikistan tərəfləri ilə sıx əlaqə saxlayan KTMT baş katibinin ( hər iki ölkə təşkilatın üzvüdür) vasitəçilik səylərini də alqışlayırıq”, – bəyanatda vurğulanıb.