13 C
Baku
Tuesday, May 21, 2024

Rusiya qırmızı kürünün ixracına məhdudiyyətlər qoya bilər

Rusiya qırmızı kürünün ixracına məhdudiyyətlər qoya bilər.

Bu barədə Rusiya Federal Balıqçılıq Agentliyinin rəhbəri İlya Şestakov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, hazırda Kamçatkada sərnişinlərin əl yükündə qırmızı kürü daşınmasına qoyulan məhdudiyyətlər digər regionlara da şamil edilə bilər. Bundan əlavə, qırmızı kürünün ixracına da məhdudiyyətlər qoyulması planlaşdırılır.

İ.Şestakov bildirib ki, balıq ovunun həcmi hazırda qənaətbəxş deyil və daxili tələbatı ödəmək üçün ixraca məhdudiyyətlər qoyulması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiyanın əsas qırmızı kürü istehsalçısı olan Kamçatka yarımadasında təyyarə sərnişinlərinə əl yükündə 10 kiloqramdan artıq qırmızı kürü daşınmasına qadağa qoyulub.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər