4 C
Baku
Sunday, December 4, 2022

Rusiya qiymətli metalların külçə ilə alışında ƏDV-ni ləğv edib

Rusiyanın Dövlət Duması fiziki şəxslərə qiymətli metalların külçələrdə alınması üçün 20% ƏDV-nin ləğvi haqqında qanunu qəbul edib.

Norma martın 1-dən yaranmış hüquq münasibətlərinə şamil ediləcək. Rusiya hökuməti hesab edir ki, qiymətli metallar, xüsusən də qızıl əhalinin əmanətlərində dollar və avronu azalda biləcək.

Rusiyada bundan əvvəl qiymətli metallar alarkən fiziki şəxslərdən dəyərin 20%-i həcmində vergi tutulurdu, geri satılanda isə ƏDV geri qaytarılmırdı. Bu, külçələrin zərgərlik məmulatlarının istehsalı üçün xammal kimi istifadəsinin qarşısını almaq məqsədilə edilirdi. İndi isə ölkədə külçələrin satışdan sonrakı taleyinə nəzarət etmək üçün xüsusi informasiya sistemi fəaliyyət göstərəcək.

Qəbul edilmiş qanun, həmçinin 2023-cü il yanvarın 1-dən zərgərlik sənayesində həm metal alışı, həm də zərgərlik məmulatlarının satışı üçün xüsusi vergi rejimlərinin tətbiqini qadağan edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər
X