Rusiya qiymət həddi tətbiq edən ölkələrə neft satmayacaq

Prezident Vladimir Putin Rusiya neftinə qiymət həddi qoyan ölkələrə neft və neft məhsullarının satışını qadağan edən fərman imzalayıb.

Sənəd gələn il fevralın 1-dən iyunun 1-dək qüvvədə olacaq. Eyni zamanda, sənədin ayrıca bəndində Rusiya Prezidentinə fərmandan istisnalar tətbiq etmək səlahiyyəti verilir.

Xatırladaq ki, dekabrın 5-də Avropa İttifaqı, G7 ölkələri və Avstraliya dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar məbləğində müəyyən olunması barədə qərar qəbul edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər