Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir.
BuR barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını xeyli maddi-texniki itkilərə məruz qoyub.
“Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir. Biz addım-addım irəliləyirik, işğalçıların təchizatını kəsirik, əməkdaşlıq edənləri aşkarlayıb zərərsizləşdiririk. Perspektiv göz qabağındadır – Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə olacaq. Yeganə məsələ zamandır”, – Zelenski bildirib.