8 C
Baku
Sunday, November 17, 2024

Rusiya qurğuşun ixracını məhdudlaşdırır

Rusiya hökuməti emal olunmamış qurğuşunun, eləcə də onun qırıntılarının ölkə hüdudlarından kənara ixracını məhdudlaşdırıb. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, müvafiq fərmanı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Tədbir 15 noyabr 2022-ci il tarixinədək qüvvədə olacaq. Bundan sonra qurğuşunu yalnız Rusiyanın Sənaye və Ticarət Nazirliyinin birdəfəlik lisenziyaları ilə ixrac etmək mümkün olacaq.

Xatırladaq ki, mart ayında Rusiya ölkə məhsullarının ixracına məhdudiyyətlər qoyub. Məsələn, taxıl Avrasiya İ  qtisadi İttifaqı ölkələrinə, qamış isə üçündü dünya ölkələrinə ixrac edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər