10 C
Baku
Thursday, December 12, 2024

Rusiya rəqəmsal iqtisadiyyatda dünyadan 10 dəfə geri qalıb

Rusiya rəqəmsal iqtisadiyyatın inkişaf templərinə görə, dünyanın inkişaf etmiş ölkələrindən təqribən 10 dəfə geri qalıb.

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə Soçidə keçirilən Rusiya İnvestisiya Forumunda ölkənin keçmiş maliyyə naziri, hazırda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri və Rusiya prezidenti yanında iqtisadi şuranın sədr müavini olan Aleksey Kudrin açıqlama verib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat anlayışının açıqlaması kimi geniş məlumat bazasından istifadə etməklə texnologiya proseslərinin yeni standartlarına keçid başa düşülür. Keçmiş maliyyə naziri məhz rəqəmsallaşmanın yaxın 10 ildə bütün sahələrin inkişafında əsas rol oynayacağını söyləyib.

O, həmçinin deyib ki, yaxın 10-15 ildə Rusiya iqtisadiyyatına təsir edəcək amillərin 30%-dən çoxu rəqəmsallaşma ilə bağlı olacaq: “Hazırda biz inkişaf etməkdə olan ölkələrdən rəqəmsallaşmanın inkişaf templərinə görə 10 dəfə geri qalırıq.”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər