27 C
Baku
Friday, July 19, 2024

Rusiya “Rosneft”i mayda Hindistana neft satışını artırıb

Rusiyanın “Rosneft” şirkəti may ayında Baltikdə olan Primorsk portundakı və Ust-Luqa limanlarından yüklənən 700 min ton Ural xam neftini Hindistanın ən böyük neft emalı müəssisəsi olan “Indian Oil Corp”a (IOC) satıb.

Treyderlərə görə, “Rosneft” mayın 15-dən 31-ə qədər hər biri 100 000 ton olan yeddi yükü IOC üçün ayırıb.

May ayında IOC ilk dəfə Baltik limanlarından “Rosneft”dən alınan Urals neft həcmlərini yükləyəcək. Əvvəllər yüklərin əsas alıcıları “Vitol” və “Trafigura” ticarət firmaları idi.

Bununla belə, beynəlxalq treyderlər mayın 15-dən sonra Aİ-nin bir sıra Rusiya şirkətlərinə qarşı sanksiyaları qüvvəyə mindiyi üçün “Rosneft”dən neft alışını dayandıracaqlar.

Ötən ilin dekabrında IOC və “Rosneft” 2022-ci ilin sonuna qədər 2 milyon tona qədər Ural neftinin tədarükü üçün müddətli müqavilə imzalayıb.

Müqaviləyə əsasən, IOC bu il Qara dənizin Novorossiysk limanından bir neçə Urals yükü əldə edib.

May tədarüklərinin mövcud müqavilənin bir hissəsi kimi, yaxud yeni müqavilənin bir hissəsi kimi gəldiyi dərhal aydın deyil.

Keçən həftə Reuters mənbələri “Rosneft”in IOC da daxil olmaqla bir neçə Hindistan neft emalı zavodu ilə təchizat müqavilələri üzrə danışıqlar apardığını bildirdi.

Hindistan dövlət enerji şirkətlərindən Avropanın böyük neft şirkəti BP-nin sanksiyalardan əziyyət çəkən Rusiya şirkəti “Rosneft”dəki payını almaq imkanını qiymətləndirməyi xahiş edib.

Son xəbərlər
Digər xəbərlər