19 C
Baku
Sunday, May 19, 2024

Rusiya Rövşən Əsgərovu axtarışa verib

Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərov axtarışa verilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) axtarış bazasına istinadən məlumat yayıb.

Onun hansı maddə üzrə axtarışa verildiyi qeyd olunmayıb.

Qeyd edək ki, ötən ay RusiyadaRövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, – məlumatda qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər