19 C
Baku
Friday, October 10, 2025

Rusiya səfiri: “3+3”ün iclası ilin sonuna qədər ya Bakıda, ya da İrəvanda keçiriləcək

“3+3” regional platformasının iclasının ilin sonuna qədər ya İrəvanda, ya da Bakıda keçirilməsi planlaşdırılır.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfir Rusiya-Ermənistan Universitetinin (RAU) tələbələri ilə görüşündə deyib ki, Moskva hazırda növbəlilik qaydasının razılaşdırılmasına kömək edir, çünki həm Ermənistan, həm də Azərbaycan sammitə ev sahibliyi etməyə hazırdır.

Kopırkin bunu faydalı və tələbatlı format adlandırıb və əlavə edib ki, region dövlətlərinin özləri regionun problemlərinin həllində əsas rol oynamalıdırlar.

Son xəbərlər
Digər xəbərlər