“Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycan haqqında bəyanatı qəbuledilməzdir və Rusiyanın rəsmi mövqeyini əks etdirmir”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
“Deputatın Azərbaycan haqqında fikirləri qəbuledilməzdir və Azərbaycanla dost münasibətlərə zərər vura bilər. Bu fikirlər Rusiyanın rəsmi mövqeyini əks etdirmir”, – o bildirib.