Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə qurumun “X” sosial şəbəkəsindəki məlumatında qeyd edilib.

“P.Kuznetsov Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın məsuliyyətini vurğulamaq, tam və şəffaf araşdırma aparılmasını tələb etmək üçün Finlandiya XİN-ə çağırılıb”, – məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı həbsxanada ölüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər