Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenko bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Səfirin nazirliyə çağırılmasına diplomatik missiyanın tviter səhifəsində Ukraynadakı münaqişə ilə bağlı videoçarxın yerləşdirilməsinin səbəb olduğu bildirilir.