12 C
Baku
Wednesday, December 11, 2024

Rusiya səfiri Kanada XİN-ə çağırılıb

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Qolodomorla bağlı açıqlamasına görə bu ölkənin XİN-ə çağırılıb.

Bu barədə diplomat özü məlumat verib.

“Bu gün Kanada XİN-ə dəvət olundum, Avropa məsələləri departamentinin direktoru Maykl Bonser Kanada tərəfinn Qolodomorla bağlı mövqeyini diqqətimizə çatdırdı” – deyə diplomat bildirib.

Səfir Kanada XİN-ə bildirib ki, aclıq 30-cu illərdə SSRİ-nin əksər respublikalarında baş verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər