Polşa XİN ölkənin şərqinə Rusiya istehsalı olan raket düşdüyü üçün səfir Sergey Andreyevi çağırıb.
Məlumat XİN-in rəsmi saytında yer alır.
Bildirilir ki, 15 noyabr 2022-ci ildə Ukraynada bir çox obyekt Rusiyanın raket hücumuna məruz qalıb. Saat 15.40-da isə Rusiya istehsalı olan raketin Xrubeşuvski kəndinə düşməsi nəticəsində 2 nəfər ölüb. Məsələ ilə bağlı Sergey Andreyev XİN-ə çağırılaraq məlumat istənib.