15 C
Baku
Sunday, November 24, 2024

Rusiya səfiri Ukrayna ərazilərində keçirilən “referendum”larla bağlı Polşa XİN-ə çağırılıb

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Diplomata Donetks, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı etiraz bildirilib.

ABŞ senatoru Marko Rubio isə Rusiya ordusunun Polşadakı hava limanına hücum edəcəyinə dair xəbərdarlıq edib.

CNN-in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hərbi yardım göstərən bir sıra ölkələrə, o cümlədən Polşaya hücum əmri verə bilər.

ABŞ senatoru qeyd edib ki, NATO ölkəsinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı onu indi nüvə zərbəsi ehtimalından daha çox narahat edir.

Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gəlmə ehtimalını təsəvvür etmədiyini söyləyib.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək Donetks, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum” təşkil olunmuşdu. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də həmin ərazilərin Rusiyaya birləşdiyini elan etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər