24 C
Baku
Friday, April 26, 2024

Rusiya sanksiyalar səbəbindən taxılını ixrac edə bilmir

Moskva Novorossiysk limanı vasitəsilə on milyonlarla ton taxıl ixrac etməyə hazırdır, lakin bunun üçün Qərbin sanksiyaları ləğv etməsi lazımdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk RİA-ya müsahibəsində bildirib.

“Biz on milyonlarla ton Rusiya taxılını da ixrac etməyə hazırıq. Lakin onun Novorossiyskdən ixracı üçün obyektiv olaraq sanksiyaların ləğvi tələb olunur”, – deyə rusiyalı diplomat vurğulayıb.

Polişukun sözlərinə görə, söhbət xarici gəmilərin Rusiya limanlarına girişinə qadağa, Rusiya gəmilərinin xarici limanlara daxil olması və texniki xidmət göstərilməsi, gəmiçilik sığortasının bərpası və bank köçürmələrinin maneəsiz həyata keçirilməsindən gedir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər