8 C
Baku
Saturday, December 3, 2022

Rusiya silah alıcılarını itirməkdədir

Pekin bir tərəfdən Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir, o biri tərəfdən Vaşinqtona siqnallar göndərir ki, Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir. Ərazi bütövlüyü prinsipi Pekin üçün əhəmiyyətlidir, çünki özündə separatçı meyllər var.

Misal üçün Çin lideri Si Cinpin Astanada olarkən Qazaxlstanın ərazi bütövlüyünü dəstəklədiyi birmənalı bəyan etdi. Bu Moskvaya mesaj idi. Buna baxmayaraq, Pekin işğalçı müharibəyə görə Kremli tənqid etmir və Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmur. Çin lideri Si Cinpin “böyük iyirmilərin” (G20) zirvə toplantısında çıxış edərkən Rusiyanın Ukraynada apardığı işğalçı müharibə barədə bir cümlə də işlətmədi.

“Pekin Rusiyaya hərbi texnika göndərməsə də, Vaşinqtonun şübhələri azalmayıb”- deyə, bunu Atlas araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. “Misal üçün Moskva İrandan aldığı kimi Çindən də pilotsuz uçuş aparatları əldə etmək istəyir. Ancaq Rusiyanın Çindən dronlar almasına dair məlumat yoxdur”.

Bir qrup çinli ekspert dronların və raketlərin müharibədə faydalı olmayacağı qənaətindədir. Həmin ekspertlər buna misal olaraq Əfqanıstanda Talibana məğlub olan ABŞ-ı göstərirlər. Çin qitələrarası ballistik raketləri sınaqdan keçirir, yeni sualtı gəmilər inşa edir. Bu sualtı gəmilər nüvə başlıqlı raketlərə malikdirlər. Çin eyni zamanda fərqli ölkələrdə istehsal edilən hərbi texnikaya və bunları istehsal imkanlarına da diqqət yetirir. Misal üçün müharibədən əvvəl Çin Ukraynanın motor istehsal edən zavodlarından biri ilə müqavilə imzalamışdı. Ukrayna zavodu Çinə 400-dən çox iri həcmli mühərrik satmalı idi. Anlaşmanın dəyəri $800 milyon idi. Müharibə bu planları alt-üst etdi. Vaşinqton da Kiyevə təsir edərək Çinlə müqavilənin ləğvini istədi. Belə olan halda Pekinin iki çıxış yolu qalırdı: ya oxşar mühərrikləri Rusiyadan almaq, ya da yerli istehsalı təmin etməkdir. Pekin ikinci varianta üstünlük verib. Çində dəyəri 100 milyon dollar olan mühərrik zavodu inşa edilir.

Elxan Şahinoğlu bildirir ki, Rusiyanın Ukraynada hərbi gücü zəifləyib: “Bundan başqa bu müharibə Rusiya hərbi texnikasının modern olmadığını da göstərdi. Bir çox dövlətin Rusiya hərbi texnikasına marağı azalıb. Rusiyanın yaxın tərəfdaşı Çin hərbi texnikanın istehsalı məsələsində Moskva ilə əməkdaşlığa üstünlük verməkdənsə yerli istehsala üstünlük verəcək.”

Siyasi şərhçi həmçinin Rusiyanın əsas alıcılarından biri də Hindistan olduğunu vurğulayır.  Lakin o, bunu da əlavə edir ki, Dehli də Rusiya əvəzinə tədricən ABŞ və Avropa ölkələrinin hərbi texnikasını almağa üstünlük ver.

Son xəbərlər
Digər xəbərlər
X