9 C
Baku
Thursday, December 12, 2024

Rusiya silah istehsalına görə dünya üzrə ikinci yerə çıxdı

Rusiya silah istehsalı sahəsində  Böyük Britaniyanı ötüb keçib. Ekspertlər, silah ixracına dair məlumatlara əsaslanaraq bu nəticəyə gəlmişlər.

Stokholm dünya problemlərinin araşdırmaları institutu (SIPRI) qeyd edir ki, 2000-ci ilin əvvəlindən etibarən belə bir hal ilk dəfədir ki baş verir.

İsveçdəki alimlər 2017-ci ildə rus silahlarının satış həcminin 8,5 % artdığını bildiriblər. Beləliklə, Moskva dünya silah bazarının 9,5% -ni əldə edib, bu payın ümumi dəyəri isə $398,2 milyard təşkil edir.

Stokholm İnstitutunun nümayəndələrindən biri  olan Simon Vizeman, Rusiya silah istehsalçılarının 2011-ci ildən bəri öz  bazar payını ardıcıl olaraq artırdıqlarını qeyd edir. Bununla yanaşı, İsveçrə institutu ilk dəfə olaraq “Almaz – Antey” – yi dünya üzrə ən böyük silah istehsalçıların siyahısına daxil etdi.

Bütün bunlara baxmayaraq, ABŞ dünya silah bazarının 57% -ni tutmaqla  öz liderliyini qoruyub saxlayır. Lockhead Martin Corp şirkəti isə Stockholm İnstitutunun rəyinə əsasən, bazarda ən böyük şirkət hesab edilib.

Vizeman, ən sürətli böyüyən şirkətlərə gəldikdə isə Türkiyənin adını çəkir. Onun sözlərinə görə, Ankara bunun vasitəsi ilə  xarici silah təchizatına olan asılılığını azaltmağa çalışır.

 Stokholmda qeyd edirlər ki, dünya silah bazarına dair məlumatlarda Çin nəzərə alınmamışdı, çünki bu ölkədə fəaliyyət göstərən şirkətlər müvafiq məlumat təqdim etməyiblər.

Son xəbərlər
Digər xəbərlər