28 C
Baku
Saturday, July 27, 2024

Rusiya Silahlı Qüvvələri: Dağlıq Qarabağda atəşkəsə riayət edilir

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb.

TASS xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar.

S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə görə, münaqişə zonasına göndərilən Rusiya sülhməramlılarının demək olar hamısı Suriya təcrübəsinə malikdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər