20 C
Baku
Sunday, October 13, 2024

Rusiya “Şimal axını” kəmərində baş vermiş insidentlərin araşdırılmasında iştirak etməyə hazırdır – XİN

Rusiya “Şimal axını” qaz kəmərində baş vermiş insidentlərin araşdırılmasında iştirak etməyə hazırdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, əgər Avropa ölkələrindən sorğu gəlsə, Rusiya “Şimal axını”nda baş vermiş qəzanın səbəbləri ilə bağlı birgə təhqiqat aparılması üçün müraciətlərə baxmağa hazırdır, lakin indiyədək heç bir müraciət olmayıb.

“Hər hansı müraciət olarsa, biz onlara baxacağıq. Bildiyimə görə, indiyədək müraciət olmayıb”, – deyə Qruşko “Şimal axını” qaz kəmərində insidentlərin araşdırılmasında Rusiyanın Avropa ölkələri ilə mümkün əməkdaşlığı ilə bağlı sualı cavablandırıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər