15 C
Baku
Saturday, April 20, 2024

Rusiya “Şimal axın”ları ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlıdır

Rəsmi Moskva Rusiyanın və Almaniyanın iştirakı ilə “Şimal axını” kəmərlərində baş vermiş qəzaların beynəlxalq səviyyədə araşdırılmasında israrlıdır.

Bu barədə “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərindəki qəzaları şərh edən Rusiya XİN rəhbərinin müavini Serqey Verşinin deyib.

Verşinin həmçinin, onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qaz kəmərləri ilə bağlı 30 sentyabrda iclas keçirilib və müzakirələr faydalı olub: “Aydın məsələdir ki, hər hansı qərar qəbul olunmayıb, lakin baş vermiş hadisənin təxribat olması və araşdırılma aparılmasının vacibliyi qeyd olunub. Biz də bu fikri dəstəkləyirik, həqiqətən də Rusiyanın iştirakı ilə araşdırma aparılmalıdır və bura Almaniyanın da qoşulması vacibdir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər