Rusiyanın Kipr Respublikasındakı səfirliyi yaxın zamanda Şimali Kipr Türk Respublikasında (ŞKTR) da konsulluq xidmətləri göstərməyə başlayacaq.
Bu barədə TASS-a səfirliyin nümayəndəsi məlumat verib.
“Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq”, – mənbə bildirib.
Səfirliyin nümayəndəsinin qeyd etdiyi kimi, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. Bəzi hesablamalara görə, bu gün ŞKTR-da 50 mindən çox rus yaşayır.