Rusiya 2020-ci ildən bəri ilk dəfə Şimali Koreyaya neft tədarükünü bərpa edib.
Bu barədə BMT-nin hesabatında deyilir.
Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya Federasiyası KXDR-ə təxminən 67 min barel neft tədarük edib.
Bundan əvvəl Rusiya 2020-ci ilin oktyabrında Şimali Koreyaya neft tədarükünü dayandırmışdı. BMT-nin hesabatında Rusiyanın Şimali Koreyaya nefti necə tədarük etdiyi göstərilmir.